Logo

Rektor istehsalat təcrübəsində iştirak edəcək tələbələrlə görüşdü - FOTO

27.06.2024 12:34 121 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ali təhsil müəssisəsinin istehsalat təcrübəsinə gedən tələbələri ilə görüşüb.

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib.

Rektor tələbələrə tapşırıq və tövsiyələrini verib. Ölkədə təhsil sahəsində yaradılan şəraitin gənclərə geniş imkanlar açdığını, eləcə də onlara nüfuzlu qurum və şirkətlərdə təcrübə keçmək hüququ qazandırdığını bildirib.

Ümumilikdə BANM-in neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, biznesin idarə edilməsi və informasiya təhlükəsizliyi ixtisaslarından 656 tələbə istehsalat təcrübəsi keçəcək. Onlar SOCAR-ın 15 fərqli müəssisə və zavodunda, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), İdarəetmə Sistemləri İnstitutu, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, “Paşa Sığorta” ASC, “AzerGold” QSC, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Deloitte Azerbaijan”, BP, “Unibank”, “Avrora Qrup”, “Ernst & Young Holdings”, “Norm” ASC, “PMD Group” MMC, "AzəriMed" QSC, Okinava Elm və Texnologiya İnstitutu, “Emerson Process Management”, ATENAU LTD, “SAHA Robotik ve Teslimat Teknolojileri Anonim Şirketi”, Ceyranbatan Su Təchizat İdarəsi, “Expressbank” ASC, “Caspian Innovation Center” MMC kimi yerli və xarici qurum və şirkətlərdə təcrübə qazanacaqlar.

Xəbər lenti