Logo

Sertifikasiya nəticəsində işdən ayrılanları bu müəllimlər əvəz edəcək

27.06.2024 15:15 279 baxış
IMG

"Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində işdən ayrılan müəllimlər müsabiqədə yüksək nəticə göstərmiş müəllimlərlə əvəz olunur".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə söyləyib.

Nazir bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatlar müəllim sıxlığı müşahidə olunan müəssisələrdə həmin müəssisənin müəllimləri arasında bölünür.

"Nəticədə müəssisə üzrə orta dərs yükü artır", - nazir əlavə edib.

Mərcanə Əsədova

Xəbər lenti