Logo

"MİQ imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52 olub"

27.06.2024 15:26 144 baxış
IMG

"Əvvəlki dövrdə müəllimlərin işə qəbulu (MİQ) və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub (keçid faizi – 99 %).

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir qeyd edib ki, hər iki nəticə arasında yüksək sayıla biləcək əlaqə mövcuddur (70 % korrelyasiya).

Sertifikatlaşdırmada bu qrup üzrə nəticənin orta hesabla 52 bal təşkil etdiyini vurğulayan nazir bildirib ki, MİQ) imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43-dür.

Mərcanə Əsədova

Xəbər lenti