Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) “Computer-Based Exams” (CBE) Mərkəzinin açılmasına dair razılıq əldə olunub.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, yeni tədris ilindən ACCA imtahanları universitetdə təşkil ediləcək.
UNEC Biznes Məktəbinin MBA Proqramı Avrasiya və Orta Şərqdə (Eurasia & Middle East) ilk proqramdır ki, AB, MA, FA, LW, PM, TX, FR, AA, FM (F1-F9) fənləri ACCA-da akkreditasiyadan keçib. UNEC-in MBA proqramında mühasibat uçotu ixtisası üzrə təhsil alan magistrantlar ACCA akkreditasiyasının fundamental hissəsinin F1-F9, digər magistrantlar isə F1-F4 fənlərindən azad olunurlar.