Logo

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

27.06.2024 19:02 389 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Lalə Ələkbərova və informasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Radmila Musayeva Varşavada keçirilən “Qadın perspektivləri -2024” texnologiya sammitində (Perspektywy Women in Tech Summit) iştirak ediblər.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, sammit Polşada keçirilən texnologiya və mühəndislik sahəsində qadınları gücləndirməyə həsr olunmuş Avropanın aparıcı tədbirlərindən biridir. Burada “Hitachi”, “Visa”, “Revolut”, “Netflix”, “Continental”, “Intel”, “Dell”, “Meta”, “Uber”, “Dolby”, “Dropbox”, “Huawei”, “OpenX”, “AWS”, “Alexa” və “Bosch” kimi şirkətlərin nümayəndələri tələbələrə və məzunlara karyera imkanları və peşəkar inkişaf barədə dəyərli məlumatlar veriblər.

Xəbər lenti