Logo

Elçin Babayev: "Ən böyük uğurlardan biri BDU məzunu olmaqdır"

27.06.2024 19:33 140 baxış
IMG

“105 ildir ki, Bakı Dövlət Universiteti fəaliyyət göstərir. Azərbaycanın ən qədim universitetinin əziz məzunları, sizin gələcək uğurlarınız eyni zamanda bizim də uğurumuzdur. Unutmayın ki, sizin ən böyük uğurlarınızdan biri BDU məzunu olmaqdır”.

Tehsil.biz xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev keçirilən Məzun günü tədbirində deyib.

Rektor Vətən müharibəsində və sonrakı proseslərdə tələbələrin iştirakından danışıb:

“Rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin edib. Onların arasında bizim məzunlarımız da var. BDU məzunları müharibədən sonra da işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə qoşulub, Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsinə kömək ediblər".

Xəbər lenti