Logo

Şuşa Teatrında “Dağılan Tifaq” tamaşası nümayiş olunacaq

27.06.2024 20:24 120 baxış
IMG

Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli yazıçı və dramaturq, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan Tifaq” əsəri əsasında hazırlanan eyniadlı tamaşa göstəriləcək.

Teatrdan "Tehsil.biz"ə bildirilib ki, səhnə əsəri iki heyətlə teatrsevərlərə təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru teatrın direktoru, Əməkdar artist Yadigar Muradov, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Əməkdar artist Azad Məmmədovdur.

Xəbər lenti