Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı ve magistr hazırlığı” (LMQS) layihəsi üzrə fəaliyyətlər və maliyyə hesabatlılğı üzrə görüş keçirilib.
AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, layihə Avropa Birliyinin “Erasmus+” proqramı çərçivəsində Yunanıstanın Qərbi Attika Universitetinin koordinatorluğu ilə həyata keçirilir.
Qərbi Attika Universitetinin ev sahibliyi ilə keçirilən görüşün əsas müzakirə mövzusu layihə üzrə fəaliyyətlərə və maliyyə məsələlərinə həsr olunub.
Hesabat görüşündə AzTU-nu Maşınqayırma texnologiyası kafedrasının məsləhətçi professoru Həsən Hüseynov və Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq layihələr qrupunun rəhbəri Mətanət Paşayeva təmsil edib.
Azərbaycan və Qazaxıstanın tərəfdaş universitetlərinin iştirak etdiyi hesabat görüşündə tərəfdaşların hesabatlarına baxılıb, layihənin 2024-cü ilin sonunda bitməsi ilə əlaqədar yekun tələblər izah olunub, müvafiq tövsiyələr verilib, suallar cavablandırılıb.