Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.
Qonaqlarla görüşən Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova və Tələbə Gənclər Təşkilatının sədri Nizami Məmmədov ali təhsil müəssisəsində Tələbə Gənclər Təşkilatının fəaliyyəti, ona yaradılan imkanlar və o cümlədən yeniliklərlə bağlı geniş müzakirələr aparıblar.