Logo

Talış Dağlıq zonasında güclü zəlzələ olub

28.06.2024 08:30 422 baxış
IMG

Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

Tehsil.biz xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata görə, 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur", – məlumatda qeyd olunub.

Xəbər lenti