Logo

"Google Translate"də YENİLİK

28.06.2024 09:13 462 baxış
IMG

"Google Translate"ə 110 yeni dil əlavə ediləcək.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda qeyd olunub.

"Tətbiq etdiyimiz dillərin sayını artırmaq üçün süni intellekt texnologiyasından istifadə edirik. Nəhəng "PaLM 2" dil modelimizlə "Google Translate"ə tariximizdəki ən böyük genişlənmə olan 110 yeni dili əlavə edəcəyik", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, onlayn tərcüməçinin bazasına avar, başqırd, buryat, çeçen, çuvaş, osetin, udmurt, yakut, krım tatar, komi portuqal (Avropa versiyası), tibet, şimali sami və breton dilləri də əlavə ediləcək. Məlumata görə, 614 milyon insan yeni əlavə ediləcək dillərdə danışır.

Xəbər lenti