Logo

Abbasqulu ağa Bakıxanovun 230 illik yubileyi ilə əlaqədar videoçarx hazırlanıb

28.06.2024 10:45 150 baxış
IMG

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə “Yubileylər silsiləsi” layihəsi çərçivəsində böyük maarifçi, filosof, alim, şair, yazıçı Abbasqulu ağa Bakıxanovun 230 illik yubileyinə həsr olunmuş videoçarx hazırlayıb.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, videoçarx Ümummilli Lider Heydər Əliyevin Abbasqulu ağa Bakıxanov haqqında söylədiyi fikirlə başlanır.

Sonra Prezident İlham Əliyevin Abbasqulu ağa Bakıxanov haqqında sözləri verilir.

Videoçarxda Abbasqulu ağa Bakıxanovun yaradıcılığı və elmi fəaliyyəti haqqında məlumat yer alıb. Burada “Gülüstani-İrəm”, “Qanuni Qüdsi”, “Təhzibi-əxlaq” əsərləri haqqında məlumat da öz əksini tapıb.

İzləyicilərə A.Bakıxanov ədəbi irsinin Təbrizdə olan tədqiqatçısı, publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Hədyə Zəhra Əhmədi və xeyriyyəçi Şəhram Oromi tərəfindən A.Bakıxanovun “Mirat Ül-Cəmal” və “Təhzibi-əxlaq” əsərlərinin Azərbaycan dilinə ilk dəfə şərhlə tərcümə olunması haqqında məlumat verilir.

Videoçarxda A.Bakıxanovun qələm dostlarının fotoşəkilləri, görkəmli alimin əsərləri və təltifləri haqqında informasiya ötürülür. Həmçinin böyük alimin xatirəsinin əbədiləşdirilməsi haqqında xüsusi bölmə ayrılıb.

Videoçarxı https://www.youtube.com/watch?v=44tX1IzlueA linkdən izləyə bilərsiniz.

Xəbər lenti