Logo

Elan: “Elmlərin konvergensiyası: COVID-19” mövzusunda ustad dərsi

19.04.2021 12:13 450 baxış
IMG

Bakı Dövlət Universitetində 29 aprel 2021-ci il, saat 11.00-da “Elmlərin konvergensiyası: COVID-19” mövzusunda ustad dərsi keçiriləcəkdir.


Məruzəçi: H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiri və Münhen Universitetinin professoru, Dünya elmində ən yüksək təltiflərdən ("Kiçik Nobel" mükafatı) sayılan, Almaniya hökumətinin təsis etdiyi "Aleksandr fon Humboldt" mükafatının ilk azərbaycanlı laureatı Məsud Əfəndiyev.


“Microsoft Teams” platforması üzərindən təşkil olunacaq tədbirdə iştirak etmək istəyənlər
28 mart saat 14:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.

Xəbər lenti