Logo

BANM rektoru əcnəbi tələbələrlə görüşüb - FOTO

28.06.2024 11:16 134 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BANM-də 2023/2024-cü tədris ilinin yaz semestrində mübadilə proqramında təhsil almış əcnəbi tələbələrlə görüşüb.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, onlar Turin Politexnik Universitetindən Villy Cospin Kemteu Dumsop, Tümen Sənaye Universitetindən Evelina Unrau, eləcə də Atırau Neft və Qaz Universitetindən Asxat Abujait və Şarbanu Tilekkabilova, Qazaxıstan-Britaniya Texniki Universitetindən isə Dulat Jantasov və Jalgas Salamatovdur.

Görüş zamanı rektor təhsili uğurla başa vuran və ölkələrinə qayıdan tələbələri təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

Eləcə də tələbələr yaradılan şəraitdən məmnunluqlarını və tədrisin yüksək səviyyədə həyata keçirildiyini bildiriblər. Səmimi görüşə görə rektor Elmar Qasımova təşəkkür ediblər.

Xəbər lenti