UNEC-də Abituriyent Məsləhət Mərkəzi yaradılıb.
Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, mərkəzdə peşəkar heyət tərəfindən abituriyentlərə ixtisas seçimində dəstək göstəriləcək, onlara ixtisaslar, keçid balları, təhsil haqqı, universitetin tələbələr üçün yaratdığı imkanlar barədə ətraflı məlumat veriləcək, eləcə də qəbul prosesi ilə bağlı abituriyent və valideynləri maraqlandıran suallar cavablandırılacaq.
UNEC Abituriyent Məsləhət Mərkəzi universitetin Əsas (İstiqlaliyyət küçəsi 6) və 3-cü tədris binalarında (Murtuza Muxtarov 194) həftənin 5 günü, saat 09:00-17:30-dək (13:00-14:00 nahar fasiləsi) fəaliyyət göstərir.
Abituriyent və valideynlər (012) 1846 (1-3) nömrəsinə zəng edərək, UNEC Abituriyent Məsləhət Mərkəzi ilə əlaqə saxlaya bilərlər.