Logo

“Dağılan Tifaq” nümayiş olunacaq

28.06.2024 12:51 98 baxış
IMG

Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli yazıçı və dramaturq, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan Tifaq” əsəri əsasında hazırlanan eyniadlı tamaşa göstəriləcək.

Tehsil.biz xəbər verir ki, səhnə əsəri iki heyətlə teatrsevərlərə təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru teatrın direktoru, Əməkdar artist Yadigar Muradov, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Əməkdar artist Azad Məmmədovdur.

Xəbər lenti