Logo

ADPU-da bu ilin birinci yarısında 22 mindən çox müraciət cavablandırılıb

28.06.2024 14:14 402 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi ilin ilk 6 ayı ərzində rəsmi informasiya yayımı ilə yanaşı, media, ictimaiyyət və tələbələrdən daxil olan minlərlə sual və sorğuları operativ qaydada cavablandırıb.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, zəruri hallarda müvafiq açıqlama və müsahibələr verilib, universitet əməkdaşları və tələbələrinin dövri mətbuatda və televiziyalarda ictimai müzakirələrdə iştirakına dəstək göstərilib, ADPU TV yutub kanalında yeni veriliş və rubrikalar hazırlanaraq yayımlanıb

Bu dövrdə Pedaqoji Universitetdə baş verən mühüm yeniliklər və tədbirlərlə bağlı yayımlanan 371 xəbər 2017 mənbədə işıqlandırılıb.

İlin ilk 6 ayında İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən 22 mindən çox tələbə və vətəndaş müraciətinə baxılıb.

Bütün bunlarla yanaşı, şöbə sosial korporativ məsuliyyət prinsiplərini əsas tutaraq ali təhsil müəssisələri arasında ilk dəfə olaraq tələbələrin inkişafına dəstək vermək və ADPU-nun gələcək kadr bankını formalaşdırmaq məqsədilə “Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinə start verib. Bu ilin fevral-may aylarında keçirilmiş I müsabiqəyə tələbələr böyük maraq göstəriblər, qalib olan 20 tələbə ADPU və sponsorlar tərəfindən mükafatlandırılıb, onlar üçün bir il ərzində davam edəcək mentorluq proqramının hazırlanmasına başlanılıb.

Müsabiqənin növbəti illərdə də keçirilməsi planlaşdırılır.

Xəbər lenti