Azərbaycan Dillər Universitetinin (ADU)
Bu barədə "Tehsil.biz"ə ADU-dan məlumat verilib.
Bildirilib ki, görüş zamanı f.ü.f.d Günel Babanlı ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbüsü ilə 2018-ci ildən Belqrad Universitetinin filologiya fakültəsində fəaliyyətə başlayan mərkəzin uğurlu fəaliyyətindən bəhs edib. Bildirib ki, 2023-2024-cü tədris ilində sözü gedən mərkəz bir sıra elmi - bədii konfranslara- Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyevin dil siyasəti", "Azərbaycan və Serbiya arasında ədəbi-mədəni əlaqələr" , "Novruz bayramı", "28 May Müstəqillik günü" ev sahibliyi edib.
Cari tədris ilində ADU-nun əməkdaşları- Regionşünaslıq kafedrasının müdiri prof.Sevdagül Əliyeva, fəlsəfə kafedrasının dosenti Şükufə Cabbarova, professor Şəfəq Abdullayeva, Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Anar Rəhimov Serbiyada işgüzar səfərdə olub.
Həmçinin, mərkəzin rəhbəri Günel Babanlı qeyd edib ki, Azərbaycan dili və Mədəniyyəti Mərkəzinə Milli Məclisin nümayəndə heyəti- Məlahət İbrahimqızı, Jalə Əhmədova, Asim Mollazadə, Mahir Abbaszadə Serbiya səfərləri çərçivəsində ziyarət ediblər.
Prorektor Jalə Qəribova Azərbaycan dilini əcnəbi dil kimi seçən serb tələbələrinin Azərbaycanda yay və qış məktəbləri təqaüd proqramlarını qazanaraq iştirak etməyinin əhəmiyyətindən bəhs edib. Həmçinin, rektor, akademik Kamal Abdulla ilə görüşdə cənab Rektor tələbələrə dəstək çərçivəsində perspektivli və istedadlı gənclərə dəstək olmaq məqsədilə təqaüd proqramlarına Belqrad Universitetinin filologiya fakültəsinin tələbələrinin də cəlb edilməsini məsləhət görüb.
Prorektor Jalə Qəribova hazırda hər iki universitet arasında bir çox beynəlxalq əməkdaşlıq proqramları üzərində danışıqlar getdiyini və yaxın gələcəkdə universitetlərarası əlaqələrin daha da genişlənəcəyindən bəhs edib.