Logo

Ən yüksək nəticə əldə edən şagird ADA Məktəbində təhsil alacaq

28.06.2024 15:48 319 baxış
IMG

ADA Məktəbinə növbəti tədris ili üçün qəbul edilən ilk şagird Dövlət İmtahan Mərkəzinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanlarında ölkə üzrə ən yüksək nəticə əldə edən Məhəbbət Nəsibova olub. O, həmçinin bir ay əvvəl ADA Universitetində keçirilmiş Akademik Məqsədlər üçün VI İngilis Dili Olimpiadasında birinci yerə layiq görülüb.

ADA Universitetindən "Tehsil.biz"ə bildirilib ki, Elm və Təhsil Nazirliyi, “Baku Education Information Center”, “BEST COMP group”, “British Summer School”un tərəfdaşlığı ilə təşkil edilə və ingilis dilində qrammatika biliklərinin, o cümlədən yazı, dinləmə və danışıq qabiliyyətlərinin yoxlanıldığı olimpiadada qalib olan Məhəbbət Böyük Britaniyada ikihəftəlik “Qlobal Gənc Liderlər” kursunda ödənişsiz iştirak etmək imkanı əldə edib.

ADA Məktəbində təhsil almaq üçün yeni tədris ilini səbirsizliklə gözləyən Məhəbbət müasir təhsil yoluna ADA Məktəbi ilə birgə addımlayacağı üçün böyük həyəcan duyduğunu ifadə edib.

Qeyd edək ki, 2019-cu ildə qurulan ADA Məktəbi X və XI sinif şagirdlərinə ingilis dilində təhsil imkanı təklif edir. ADA Məktəbi təqdim etdiyi “IB” Beynəlxalq Diplom Proqramı ilə məzunlarının xarici universitetlərə qəbulunu asanlaşdırır, eləcə də respublika fənn olimpiadalarının qaliblərinin təhsil haqqına 100 faizlik güzəşt təqdim edir. Xatırladaq ki, ADA Məktəbinin məzunları, həmçinin ADA Universitetinə xüsusi şərtlərlə qəbul olmaq hüququna malikdirlər.

Xəbər lenti