Logo

Bəzən düşməndən də “öyrənmək” lazımdır

28.06.2024 17:49 386 baxış
IMG

Müharibə tək cəbhədə getmir. İnformasiya müharibəsi də ən az cəbhədəki müharibə qədər əhəmiyyətlidir. Burada güclü təbliğat aparmaq qalibiyyətin yarısıdır.

Haradan gəldiyi bilinməyən və Azərbaycanın qərb torpaqlarında yerləşdirilən qaraçı tayfası olan ermənilər daim öz pozuculuq fəaliyyətləri ilə müxtəlif münaqişələr yaradıblar. Bu pozuculuq fəaliyyəti bir çox hallarda başqa dövlətlərin planlarının ermənilər tərəfindən icrası idi. Daim bizdən oğurluq edən milli musiqimizi, mətbəximizi, tariximizi oğurlamağa çalışan ermənilərin çox yaxşı bacardığı və hətta deyərdim təqdir ediləcək bir xəstəlikləri var. “Mənimdir”, ”bizimdir” xəstəliyi. 1896-cı ildə alman psixiatrı Emil Krapelin bir neçə erməni xəstə üzərində apardığı müşahidələrə əsaslanaraq təsdiqləyib ki, bu xəstələrdə müəyyən müddətdən sonra ağıl zəifliyinin xüsusi bir forması yaranır. Bu müşahidələrinə əsaslanaraq Krapelin bu xəstəlik növünə erməni ağılzəifliyi ( armenian dementia precox) adı verib. Krapelin bu ad altında ümumiləşdirdiyi , əsas nəticəsi ağıl zəifləməsindən ibarət olan bu xəstəliyin əlamətlərini ətraflı təsvir etməklə bərabər, həm də erməni şizofreniyasının müalicəsi üçün xüsusi üsullara ehtiyac olduğunu göstərib. Rus alimi Kandinski də apardığı araşdırmadan gəldiyi nəticədə qeyd edirdi ki, bu xəstəlik erməni idiofreniyasıdır. O erməni şizofreniyasının əsas simptomlarını özündə birləşdirən xəstəliyin klinikasını təsvir edib. Bu xəstəliyə iradənin pozulması, nitqin əlaqəsizliyi, idiotizm səciyyəli sayıqlamalar, insanları öldürmək, boğmaq, doğramaq, işgəncə vermək istəyi aid edilə bilər.

Maraqlısı burdadır ki, onlar öz əməllərinə bəraət qazandırır və dünyanı buna inandırırlar. Olmayan bir şeyi müdafiə edərək özlərini dünyaya tanıdır və istəklərinə nail olurlar. Gəlin erməni şizofreniyasına və erməni təbliğatına dair bir nümunə verək. İlham Tumasın “Gizli Cinayətlər” kitabının “Xankəndidə yandırılan 3 azərbaycanlı” adlı araşdırmasına nəzər yetirək. 1967-ci ilin 3 iyulunda  Xankəndidə 8 yaşlı erməni uşaq Nelson Movsesyan öldürülür və azərbaycanlı məktəb direktoru Ərşad Məmmədovun sahəsindəki su quyusuna atılır. Bu cinayətdə Ərşad Məmmədovla yanaşı iki azərbaycanlıda məhkəmədə mühakimə edilir. Məhkəmə onlara ağır cəza versə də vəhşi erməni tayfası həmin 3 azərbaycanlını yandırırlar. Bu hadisədən sonra həmin dövrdə DTK işçisi olan Heydər Əliyev məsələyə qarışır və dərindən araşdırma aparılır. Araşdırmalarda məlum olur ki, 8 yaşlı erməni bir digər erməni tərəfindən qisas üçün öldürülüb və azərbaycanlı vətənadaşın quyusuna atmaqda məqsəd “azərbaycanlılar Stepanakertdə (Xankəndi) ermənilərə zülüm verir düşüncəsi yaratmaq idi. Azərbaycan dərhal öz vətəndaşlarının haqsız yerə qətl edilməsi ilə bağlı tədbir görür və 19 nəfər erməni həbs edilir.

Gürcü yazıçısı İlya Çavçavadze ermənilərin riyakarlıqları barədə deyib: “Ermənilər gürcülərə məxsus olan məbəd və monastrlarda gürcülərin izini məhv edir, daş üzərində gürcü yazılarını qaşıyır, yaxud silir, daşın özünü tikintidən çıxarır və erməni yazıları ilə əvəz edirlər.” Gördüyümüz kimi erməni təxribatı təkcə özlərinə qatı düşmən bildikləri biz azərbaycanlılara qarşı deyil, öz din qardaşları həmçinin qonşularına qarşı da yönəlib. Buna təəccüblənmək lazım deyil. Çünki ermənilər öz saxta və heç bir tarixi əsası olmayan soyqrımlarında da Osmanlı imperiyasını günahlandırırlar. Bu saxta soyqırımlarına İranda, Fransada, İsraildə abidə qoydurmağı bacarıblar lakin biz şahidləri hələ də yaşayan Xocalı soyqırımını dünyaya tanıda bilmirik. Hər il Xocalı soyqrımı ilə bağlı dünyanın müxtəlif dövlətlərində və ölkə daxilində tədbirlər təşkil edilir. Bəs o tədbirdə iştirak edən azərbaycanlılar bunun təbliğatı ilə niyə məşğul olmur? Faktları, şahidləri olan bir hadisənin təbliği ilə məşğul olmuruqsa biz necə vətəndaşıq? Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı milli maraqlar zəminində təbliğatla məşğul olmalıdır. 

Gəlin bir az informasiya müharibəsindən danışaq. İnformasiya müharibəsi nədir? İnformasiya müharibəsi informasiya texnologiyalarının, dezinformasiyaların, təbliğatın istifadə olunduğu müharibə növüdür. Burada bir neçə metoddan istifadə olunur: dezinformasiya yayılması, kiberhücumlar, təbliğat, psixoloji əməliyyatlar, sosial media əməliyyatları. Niyə ermənilər bu qədər güclü təbliğat aparmağı bacarırlar? Ermənilər informasiya müharibəsinə və təbliğata çox uzun müddət əvvəl başlayıblar. Məhz buna görə mənasız təbliğatları artıq onlarda xəstəliyə çevrilib. Müxtəlif dövlətlərdə olan güclü erməni diasporaları əllərindən gəldiyi qədər bütün sahələrdə Azərbaycana qarşı düşmənçiliklərini davam etdirirlər. İnformasiya müharibəsində silah qələm, silahı tutan əsgər isə jurnalistdir. Düzgün tarixi faktlar, yerində işlənmiş ifadələr, ifşaedici fotolar vs. Biz informasiya müharibəsində olan məharətimizi 2020-ci il 44 günlük Vətən müharibəsində nümayiş etdirdik. Yetərli idimi? Tarix boyu saxta təbliğatla məşğul olan mənfur düşmənlə üz-üzəyik. Bizə hər zaman daha artığı lazımdır.

21-ci əsrdə yaşayırıq və biz cəbhə müharibəsindən çox informasiya müharibəsində qalib gəlməyə səy göstərməli bizim olanın bizə qaytarılması üçün əlimizdən gələndən də artığını ortaya qoymalıyıq. Hər bir Azərbaycan vətəndaşı dövlətimizin milli maraqlarını və xalqımızın başına gələn müsibətlərin təbliğindən çəkinməməlidir. Düzgün və savadlı təbliğat yolunda bizə məktəb rolunu oynayan prezidentimizdən bəhrələnməliyik. Düzgün daxili və xarici siyasətlə yanaşı balanslı şəkildə aparılan informasiya siyasətindən bəhrələnərək informasiya müharibəsinə hazır ola bilərik.

Ayhan Ağarzayev,

BDU Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti