Logo

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

28.06.2024 18:07 115 baxış
IMG

İyunun 28-dən ali təhsil müəssisələrinin musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahanlar Bakıda, Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilir.

İlk gün instrumental ifaçılıq (18, 19, 20, 22-ci komissiyalar), vokal sənəti (24-cü komissiya), dirijorluq (27-ci komissiya), musiqişünaslıq (30 cu komissiya) ixtisasları üzrə qeydiyyatdan keçən 120 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanlar 2 növbədə təşkil olunur və iyulun 5-dək davam edəcək.

Abituriyentlər imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əsli, buraxılış vərəqəsi və proqram formasını özləri ilə gətirməlidirlər.

Xəbər lenti