Logo

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

28.06.2024 18:40 320 baxış
IMG

Çexiyanın Brno şəhərində Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI 2024) keçirilib.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, ölkəmiz sözügedən olimpiadada uğurla təmsil olunub. Belə ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Tahir Əliyev bürünc medal qazanıb.

Qeyd edək ki, CEOI ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan regionda ən nüfuzlu proqramlaşdırma yarışmalarından birinə çevrilib. Müsabiqədə Avstriya, Xorvatiya, Çexiya, Almaniya, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və İsveçrədən olan komandalar iştirak edir. CEOI Mərkəzi Avropa ölkələrindən olan orta məktəb şagirdləri üçün illik proqramlaşdırma müsabiqəsidir. Müsabiqə iştirakçıların alqoritmik məsələlərin həlli, proqramlaşdırma bacarıqlarını yoxlayır.

2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 72 medal qazanıblar.

Xəbər lenti