Logo

Anar Bağırov magistrantların dissertasiyalarının müdafiəsində iştirak edib

28.06.2024 20:30 358 baxış
IMG

Vəkillər Kollegiyasının (VK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov iyunun 28-də Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı Dövlət Universitetində magistr dissertasiyalarının müdafiəsində iştirak edib.

Bu barədə "Tehsil.biz"ə Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, hüquqşünas alimlərin iştirakı ilə keçirilən müdafiə prosesində magistrantların dissertasiya işləri yüksək qiymətləndirilib və müdafiələr müvəffəqiyyətlə başa çatıb.

Qeyd edək ki, A.Bağırov Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Magistr Dissertasiya Şuralarında sədrdir. VK ilə Azərbaycanda hüquq fakültələri olan bütün universitetlər arasında memorandum imzalanıb. Memorandum çərçivəsində ali təhsil müəssisələri birgə konfranslar, seminarlar təşkil edilir, həmçinin hüquqşünas tələbələr vəkil bürolarında istehsalat təcrübəsi keçirlər.

Xəbər lenti