Logo

Azərbaycanla Macarıstan arasında hərbi təhsil haqda əməkdaşlıq müzakirə edilib - FOTOLAR

28.06.2024 21:09 140 baxış
IMG

Macarıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 28-də bu ölkənin müdafiə naziri Kristof Szalay-Bobrovnicski ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Budapeşt şəhərindəki “Qəhrəmanlar meydanı” ziyarət edilib və ənənəyə uyğun olaraq əklil qoyulub.

Macarıstan Müdafiə Nazirliyinin binasında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər.

Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra fəxri qonaq kitabı imzalanıb.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirildiyi qeyd edilib. Hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi məqsədilə belə səfərlərin əhəmiyyəti vurğulanıb. Birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Xəbər lenti