Logo

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

28.06.2024 21:44 139 baxış
IMG

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu çərçivəsində “Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Tehsil.biz xəbər verir ki, mükafatçılar sırasında 6 nəfər yer alıb.

Onlardan iki nəfəri birinci, iki nəfəri ikinci, iki nəfəri isə üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, “Tullantıdan dəyərə” rəsm müsabiqəsi mayın 30-dan iyunun 20-dək davam edib. Müsabiqə çərçivəsində əsərlər rəssamlar və bu sahədə mütəxəssislər tərəfindən qiymətləndirilib.

Xəbər lenti