Logo

Ukraynanın Azərbaycandakı səfiri Nizami Muzeyinin qonağı olub - FOTO

28.06.2024 23:27 331 baxış
IMG

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ailə üzvləri ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Bu barədə "Tehsil.biz"ə muzeydən bildirilib.

Səfir Yuriy Husyev Azərbaycan ədəbiyyatını ekspozisiyada əks etdirən Nizami Muzeyini Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu ilə gəzib.

Sonra qonaqlar Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovla görüşüblər. Akademik Rafael Hüseynov səfirlə səmimi görüşdən sonra layihə rəhbəri olduğu dahi Azərbaycan şairi Nizami Gəncəvinin Azərbaycan və Ukrayna dillərində nəşr olunmuş “Leyli və Məcnun” kitabını, eyni zamanda müəllifi olduğu “Госпожа луна – Мехсети Гянджеви” (“Ay xanım – Məhsəti Gəncəvi”) kitabının rus dilində nüsxəsini Yuriy Husyev və səfirliyin kitabxanasına hədiyyə edib.

Səfir Yuriy Husyev akademik Rafael Hüseynovla Ukrayna-Azərbaycan ədəbi-mədəni əlaqələrinin perspektivləri haqqında müfəssəl fikir mübadiləsi aparıb.

O, ədəbiyyata böyük həvəsi olan on iki yaşlı oğlu Mixaylo Husyevin fentezi janrında yazdığı “Деравiя: квантовий стрибок” повiсть-антиутопiя (“Kvant sıçrayışı” antiutopik povest) adlı kitabından söz açıb və yeniyetmə müəlliflik kitabını akademik Rafael Hüseynova təqdim edib.

Qonaqları muzeyin zəngin ekspozisiyası ilə Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva tanış edib.

Sonda səfir “Rəy kitabı”nda akademik Rafael Hüseynova Ukrayna-Azərbaycan ədəbi əlaqələrinin inkişafında zəhmətinə görə təşəkkürünü bildirib.

Xəbər lenti