Logo

32 şagirdin imtahana buraxılmadığına görə məktəb rəhbərliyi cəzalandırılacaq

19.04.2021 12:48 936 baxış
IMG

Bakı şəhəri 323 nömrəli tam orta məktəbin 32 nəfər XI sinif şagirdinin texniki xəta səbəbindən buraxılış imtahanlarında iştirak edə bilməməsi ilə bağlı yaranan problem şagirdlərin xeyrinə müsbət həllini tapıb.

 

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Qeyd olunub ki, bu barədə valideynlərə məlumat verilib: “Belə ki, onların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi təmin olunub. Qeyd olunan şagirdlər DİM tərəfindən təşkil olunacaq buraxılış imtahanlarında iştirak edə biləcəklər. Məsələnin həllinə operativ yanaşmadığına görə məktəb rəhbərliyi haqqında müvafiq ölçü götürüləcək”.

 

Xatırladaq ki, adıçəkilən məktəbdə təhsil alan şagirdlərin valideynləri bu gün Təhsil Nazirliyinin qarşısında aksiya keçirib.

Xəbər lenti