Logo

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları başlayıb

29.06.2024 12:28 135 baxış
IMG

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına start verilib.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, imtahanlar Bakıda, Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilir.

Bu gün İnstrumental ifaçılıq (18, 19, 20, 22-ci komissiyalar), Vokal sənəti (24-cü komissiya), Dirijorluq (27-ci komissiya), Musiqişünaslıq (30‑cu komissiya) ixtisasları üzrə qeydiyyatdan keçən 120 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanlar iki növbədə təşkil olunur və iyulun 5-d'k davam edəcək.

Xəbər lenti