Logo

Sakarya Tətbiqi Elmlər Universitetinin müəllimi AzTU-da mühazirə deyib - FOTO

29.06.2024 15:30 619 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) Türkiyənin Sakarya Tətbiqi Elmlər Universiteti ilə “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlığı uğurla davam etdirir.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

Bu əməkdaşlıq çərçivəsində Sakarya Tətbiqi Elmlər Universitetinin Mexatronika mühəndisliyi kafedrasının müəllimi Gökhan Atalı AzTU-da səfərdə olub.

AzTU-nun Mexatronika kafedrasının akademik heyətilə görüşən qonaq kafedranın tədris infrastrukturu, texniki bazası və laboratoriyaları ilə yaxından tanış olub və birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıb. Gökhan Atalı AzTU-nun mexatronika və robototexnika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrinə ixtisas üzrə mövzu ilə mühazirə oxuyub.

Xəbər lenti