Logo

Güclü müəllim güclü universitetdə yetişər - Dos. İlham Əhmədov

03.07.2024 20:02 375 baxış
IMG

Güclü müəllim güclü universitetdə yetişər. Güclü universitetləri isə güclü nazirlik yarada və inkişafını təmin edə bilər.
30 ildə normal təhsil siyasəti, müəllim hazırlığı strategiyası qura bilməyən zəif nazirlik, nə güclü universitetlər, nə də güclü müəllimlər yetişdirə bilməz.
Öz səmərəsiz fəaliyyətini sertifikasiya prosesləri ilə ört basdır etmək cəhdi də vəziyyəti dəyişməyəcək.
Bu prosesdə təkcə müəllimlər yox, elə təhsil sistemi özü də sertifikasiya edilir və nəticəsi mənfidir.
Bu sadə həqiqətləri dərk etməsək, düzgün qərarlar qəbul etməsək təhsildə vəziyyət ilbəil daha da pisləşəcək.
Təhsil sistemi yenidən qurulmalı və bu proses yuxarıdan üzü aşağıya doğru getməlidir.
Yalnız bundan sonra islahatlardan danışmaq olar.

Xəbər lenti