Logo

Uşaq inkişafı üzrə tanınmış mütəxəssis “Yeni çağırışlar”da

03.07.2024 20:37 340 baxış
IMG

İyulun 5-də “Yeni çağırışlar” müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

Elm və Təhsil Nazirliyindən Tehsil.biz-ə bildirilib ki, proqramın budəfəki qonağı İstanbul Aydın Universitetinin müəllimi, uşaq inkişafı üzrə tanınmış mütəxəssis Belma Tuğruldur. Professor Belma Tuğrulla oyun əsaslı öyrənmə barəsində danışılacaq.

Belma Tuğrul Hacettepe Universitetinin Təhsil fakültəsinin Məktəbəqədər təhsil kafedrasında uzun illər professor olaraq çalışıb. Bununla yanaşı, Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “365 gün hekayə”, “365 gün oyun”, “Mənim oyun sandığım” və “Erkən uşaqlıq təhsili təqvimi” kimi layihələrdə akademik məsləhətçi olub. O, hazırda Türkiyə Milli Təhsil Nazirliyi və UNICEF ilə birgə həyata keçirilən “Oyunlarla öyrənirəm” və “Oyunlarla yaxşılaşıram” layihələrində məsləhətçi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, “Yeni çağırışlar” proqramı Elm və Təhsil Nazirliyinin feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Xəbər lenti