Logo

Azərbaycan Əmək və Sosial Mü­na­sibətlər Akade­miya­sı­nda tədris

03.07.2024 20:49 349 baxış
IMG

Azərbaycan Əmək və Sosial Mü­na­sibətlər Akade­miya­sı­nda tədris ali təhsillə bağlı mövcud qanunvericiliyə əsasən təşkil olunur. Tədris ili iki semestrdən: payız və yaz semestrlərindən ibarətdir. Bundan əla­və, yay tətili müd­dətində altı həftədən çox olmayaraq yay semestri də təşkil olu­na bi­lər. Təd­ris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan ses­­­si­ya­sı) ibarətdir. Bir semestrə 30 kre­dit müəyyənləşdirilir. Bir kredit tələbənin au­­di­to­riya və auditoriyadankənar 30 sa­at­lıq işinə bərabərdir. Tələbələrə əlavə fənn də seçməyə icazə verilir. Bütün hal­lar­da bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Tə­lə­bənin beş günlük iş rejimində həftəlik auditoriya və au­di­toriyadankənar ümumi yükünün həcmi 45 sa­­atdır. Tələbənin həftəlik işinin həc­mi 1,5 kreditdir. Buraxılış işinin hazırlan­ma­sı­na və müdafiəsinə, eləcə də buraxılış döv­lət və semestr imta­han­la­rına hazırlığa, im­ta­­hanın verilməsinə və təcrübələrin ke­­çirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bə­­­rabərdir.

Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kre­dit­lər tələbənin auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərs­lə­­rində iştirak etməsi; auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəh­bər­li­­yi ilə sərbəst işi) işi; təcrübələrdə iştirak etməsi; laboratoriya işlərini yerinə ye­ti­r­mə­­­si; imtahanlara ha­zır­lığı və imtahanları verməsi; buraxılış işini hazırlaması və mü­­­dafiəsi, eləcə də bu­ra­xılış döv­lət imtahanına hazırlığı və həmin imtahanı ver­mə­si kimi fəaliyyəti üzrə mü­əy­yənləşdirilir.

Tədris prosesi auditoriya və auditoriyadankənar şəkildə təşkil olunur. Sərbəst iş­lərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan aka­­­­demik saatlara müvafiq olaraq müəyyənləş­di­ri­lir. Bu zaman bütün növ dərslərin bir akademik sa­­atına bir saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilir. Mü­əl­li­min rəh­bər­liyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb mə­sələlərin həl­­lindən, ev tapşırıqlarının, yoxlama iş­lə­ri­nin yerinə ye­ti­ril­mə­sin­dən, hesabatların ha­­­zırlanmasından ibarət olub, xüsusi tərtib edil­miş cədvəllə hə­ya­ta keçirilir.

Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak et­mə­yən tələbə həmin fəndən imtahana buraxılmır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 mart 2018-ci il tarixli 78 saylı qərarına əsasən akademik borcu olan tələbələr 1 və ya 2 fəndən, həmin fənn üçün nəzərdə tutulan məbləğin 25%-ni ödəməklə təkrar imtahan verirlər.

Xəbər lenti