Logo

Əməkdar artist təhsil üçün qızını Çinə, oğlunu isə Avropaya göndərdi

04.07.2024 09:06 359 baxış
IMG

Əməkdar artist Rəşad İlyasovun övladları təhsil almaq üçün xaricə gedib.

Tehsil.biz xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Həmin Zaur" verilişində məlumat verib.

R.İlyasov qızını iyunun 3-də Çinə yola salacağını bildirib:

"Qızım təhsillə bağlı Çin yay məktəbinə gedir. Bakıda Xarici Dillər Universitetinin Çin dili fakültəsində oxuyur. 4-cü kursu bitirsin, sonra baxaq görək magistratura məsələsi necə olacaq.

Ötən dəfə icazə vermədim. Bu dəfə getdim özüm də maraqlandım. Amma görürəm ki, bir az uşaqları sərbəst buraxmaq lazımdır.

Qızımdan da arxayınam. Qiymətləri də çox yaxşıdır. Uşaqlarıma görə çox narahatam. Oğlum da Bakı Dövlət Universitetini bitirdi. O da Avropaya gedir".

Qeyd edək ki, Rəşad həkim-pediatr Gülnarə İlyasova ilə ailəlidir.

Xəbər lenti