Logo

Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Elm və Texnika Sənədləri Arxivinin nümayəndə heyəti Milli Arxiv İdarəsində olmuşdur.

04.07.2024 13:07 85 baxış
IMG

Azərbaycan  Respublikasının  Milli Arxiv  İdarəsi  və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında bağlanmış 3 aprel 2017-ci il  tarixli  “Arxiv  işi  sahəsində  əməkdaşlıq  haqqında Saziş"ə əsasən 3 iyul 2024-cü il tarixində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi tabeliyində  olan Arxivlər,  Sənədləşmə və Kitab  işi Komitəsi Respublika dövlət müəssisəsinin Mərkəzi Dövlət Elm və Texnika Sənədləri Arxivinin nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuşdur.

Milli   Arxiv  İdarəsinin  rəisi  Əsgər Rəsulovla keçirilən görüş zamanı Azərbaycan Respublikasının Dövlət Arxivləri ilə Qazaxıstan Respublikasının Dövlət Arxivləri arasında əməkdaşlıq    perspektivləri  və  təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur.

        Daha sonra qonaqlar Azərbaycan Respublikasının Elm və Texnika Sənədləri  Arxivində sənədlərin mühafizə şəraiti ilə, həmçinin  Qazaxıstan Respublikasının tarixi, siyasi-iqtisadi və mədəni həyatına aid olan sənədlərlə tanış olmuşlar.  

Xəbər lenti