Logo

UNEC magistraturaya qəbul olanlara müraciət edib

04.07.2024 18:30 84 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistraturaya qəbul olan bakalavrların sənəd qəbulu iyulun 9-dan 18-dək elektron qaydada aparılacaq.

UNEC-dən Tehsil.biz-ə bildirilib ki, magistraturaya qəbul olanlar sənədlərini universitetin rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla, kabinet.unec.edu.az bölməsinə yükləməlidirlər.

Bundan əlavə, bakalavrlar portal.edu.az saytından da qeydiyyatdan keçməlidirlər. Portal.edu.az-dan qeydiyyatdan keçməyənlər Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

Sənəd qəbulu barədə ətraflı məlumat UNEC-in rəsmi səhifəsinin elanlar bölməsində yerləşdirilib.

Xəbər lenti