Logo

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

04.07.2024 21:14 234 baxış
IMG

Bu il Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarını 244 məzun bitirir.

Universitetdən Tehsil.biz-ə bildirilib ki, BDU-nun “SABAH” qruplarında 2023/2024-cü tədris ilində bakalavriat səviyyəsində 11 ixtisas (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, biotexnologiya, biologiya müəllimliyi, coğrafiya müəllimliyi, fizika müəllimliyi, hüquqşünaslıq, kimya müəllimliyi, psixologiya, kompüter elmləri, riyaziyyat müəllimliyi, tarix müəllimliyi), 38 qrup üzrə 954 tələbə, magistratura səviyyəsində isə 8 ixtisaslaşma (ehtimal nəzəriyyəsi və riyazi statistika, əməliyyatlar tədqiqi və sistemli təhlil, jurnalistika, kimyəvi kinetika və kataliz, kompüter elmləri və texnologiyaları, molekulyar biologiya, nanohissəciklər fizikası, nanohissəciklər fizikası (ingilis dili), optimallaşdırma və optimal idarəetmə), 12 qrup üzrə 177 tələbə təhsil alıb.

Azərbaycanın 10 ali təhsil müəssisəsindəki “SABAH” qrupları arasında ən çox ixtisas və tələbə sayı məhz BDU-nun payında düşür. Bu tədris ilində universitetin “SABAH” qruplarını bakalavriat səviyyəsi üzrə 200, magistratura səviyyəsi üzrə isə 44 məzun bitirir.

Ümumilikdə son 8 ildə BDU-nun “SABAH” qruplarından 1888 tələbə məzun olub.

Ötən il BDU-nun “SABAH” məzunlarından 162 nəfəri Azərbaycanda, 25 nəfəri isə xaricdə magistraturaya qəbul olub. BDU-nun “SABAH” qrupunun ötənilki məzunlarından 46 nəfəri yerli və xarici doktoranturalarda təhsil alır. Xatırladaq ki, “SABAH” ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə 2013/2014-cü tədris ilində yaradılıb.

Xəbər lenti