Logo

“Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir

04.07.2024 22:30 295 baxış
IMG

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Bülbülün (1897–1961) miras qoyduğu sənət ənənələrini daşıyan “Bülbül vokal məktəbi” yeni tədris ili üçün tələbə qəbulu elan edib.

Məktəbdən Tehsil.biz - ə verilən məlumata görə 1-20 iyul tarixlərində müsabiqədə iştirak etmək istəyən 10-35 yaş aralığında iştirakçıların CV-ləri qəbul olunacaq, ifaları dinləniləcək. Birinci mərhələni keçən iştirakçıların 20-25 avqust tarixlərində dinlənilməsi aparılacaq.

Qeyd edək ki, Əməkdar artist, Bülbül sənət məktəbinin davamçısı Ramil Qasımovun yaratdığı, Azərbaycanda ilk dəfə ödənişsiz vokal dərslərinin keçirildiyi məktəb artıq bir ildir fəaliyyət göstərir.

Xəbər lenti