Logo

ADU-nun müəllimi Norveçdə seminar-təlimlərdə iştirak edib

05.07.2024 09:46 307 baxış

ADU-nun metodika kafedrasının baş müəllimi Anar Rəhimov Norveç Xarici İşlər Nazirliyi və Oslo Universitetinin birgə təşkil etdiyi seminar-təlimlərə qatılıb.

Oslo Universitetində baş tutan təlimlər Norveç dilindən bədii tərcüməçilər, eləcə də Norveç dili və ədəbiyyatını tədris edən mütəxəssislər üçün nəzərdə tutulub.

Dünyanın 20 ölkəsindən 34 tərcüməçi müəllimin iştirak etdiyi seminarlarda tərcümə, didaktika, sosiolinqivistika, müasir tərcümə nəzəriyyəsi, Norveç dilinin avropa dil ailəsindən kənar dillərə tərcümə zamanı qarşıya çıxan çətinliklər və s. mövzular müzakirə edilib.

Seminarlar Oslo Universitetin professorları və digər qonaq yazıçı, linqvistlər tərəfindən aparılıb, təlimlərin sonunda iştirakçılara Oslo Universitetinin sertifikatları təqdim edilib.

Xəbər lenti