Logo

Təhsil tələbə kreditlərinə müraciətlərin qəbuluna BAŞLANILDI

05.07.2024 15:41 293 baxış
IMG

2024-2025-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciətlərin qəbuluna start verilir.

Təhsil Tələbə Kredit Fondundan Trend-ə verilən məlumata görə, tələbələr 9 iyul tarixindən başlayaraq https://e-ttkf.edu.az/ portalına daxil olaraq TTK-dan yararlana bilərlər.

Azərbaycan Respublikasında rəsmi olaraq fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura), orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində, normativ təhsil müddətində əyani təhsil alan və əvvəlki semestrin nəticələri üzrə akademik borcu olmayan Azərbaycan Respublikasının vətəndaşları təhsil tələbə kreditinə müraciət edə bilərlər.

Qeyd: DİM tərəfindən 2024/2025-ci tədris ili üçün keçirilən müsabiqənin nəticələrinə əsasən ali təhsil pilləsinin magistratura təhsil səviyyəsinə qəbul olunmuş şəxslər portal.edu.az vasitəsilə təhsil müəssisəsində tələbə qeydiyyatı prosesini həyata keçirən zaman paralel olaraq təhsil tələbə kreditinə də müraciət edə biləcəklər.

Xəbər lenti