Torpaqların işğaldan azad olunması yeni arzular, hədəflər yaratdı və hazırda Böyük Qayıdış ən vacib məqamlardan birinə çevrilib.
Tehsil.biz xəbər verir ki, bunu dördüncü "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin açılışında çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, "Yüksəliş" müsabiqəsinin iştirakçıları istedadlı və bacarıqlıdır:
"Siz artıq yarımfinala seçilmisiniz, özünüzlə qürur duymaqla bərabər, məsuliyyət hiss edirsiniz. Çünki istedadlı və bacarıqlı olmaq digər yaşıdlarından seçilmək ikiqat məsuliyyət yaradır".
Nazir xatırladıb ki, bu gün Prezident Qarabağ Universitetində yenidənqurma işləri ilə tanış olub.
"İnanmaq istəyirəm ki, "Yüksəliş" qalibləri arasından da Qarabağ Universitetində dərs demək istəyən, inkişafına töhfə vermək istəyənlər çoxdur. Qarabağ Universiteti Azərbaycan təhsilinə yeni baxışdır. Bu gün xaricdə təhsil üzrə proqrama müraciət edən 800 namizədin 160-ı dünyanın TOP10 universitetinə qəbul olub. Prosesin davamlı olmağını saxlamaq məqsədimizdir".