Logo

Bakı Sılaviyan Universitetində təlim keçirilib - FOTO

06.07.2024 11:24 477 baxış
IMG

BSU-da “Təhsildə inklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar” mövzusunda təlim keçirlilib.

Tehsil.biz xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Təhsildə inklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar” layihəsi çərçivəsində Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında 3-5 iyul tarixlərində təlim təşkil edilib.

Bakı Slavyan Universitetində müəllimlərin inklüziv təhsil sahəsində nəzəri-praktik biliklərinin artırılması məqsədilə keçirilən təlimlərdə 20 nəfərdən çox olmaqla, BSU-nun professor-müəllim heyəti, həmçinin Universitetin nəzdində fəaliyyət göstərən Məktəb Lisey Kompleksinin ibtidai sinif müəllimləri iştirak edib.

Təlimlər “Regional İnkişaf” İctimai Birliyi tərəfindən daha əvvəl icra olunmuş inklüziv təhsil layihələrində müvafiq “ToT” təlim proqramlarını uğurla başa vurmuş təlimçi mentor Lamiə Hacımuradova tərəfindən aparılıb.

İnklüziv təhsildə uyğunlaşma strategiyaları, differensial qiymətləndirmə, inklüziv sinif mühitinin yaradılması, inklüziv təhsildə gələcəyə baxış və s. mövzular üzrə keçirilən təlimlər müəllimlərə fərqli əlillik dərəcələrində olan şagirdlərin ehtiyac və maraqlarına, sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq üçün praktik səriştələr və metodik bacarıqlara yiyələnmək imkanını təmin edib.

Təlimi uğurla başa vuran müəllimlər “Regional İnkişaf” İctimai Birliyi və Bakı Slavyan Universitetinin birgə sertifikatları ilə təltif edilib. Sertifikatların təqdim olunmasında BSU-nun rektoru Anar Nağıyev iştirak edib.

Qeyd edək ki, təlimlər “Regional İnkişaf” İctimai Birliyinin “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində hazırlanmış və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən məzmun baxımından təsdiq edilmiş yeni ixtisasartırma proqramı və Bakı Slavyan Universitetinin “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi əsasında həyata keçirilib.

Xəbər lenti