Logo

Dövlət qulluğu imtahanlarında səhv suallar olub?

06.07.2024 11:30 356 baxış
IMG

Dövlət qulluğu imtahanlarından şikayət var. Bu haqda bu gün, 6 iyul tarixində Tehsil.biz Xəzər Xəbər-ə istinadən məlumat verir.

İmtahanda iştirak edən Səxavət Nəsirov deyir ki, bəzi sualların ötən imtahanlara nisbətən qəliz, bəzilərinin isə səhv olması ona və digər namizədlərə çətinlik yaradıb.

“Biz keçirilən imtahanların statistikasını aparmışıq. Məlum olub ki, son 16-17 ay ərzində son imtahan ən çətini olub. Əsas narazılıq ondan ibarətdir ki, suallarda söz oyunlarına üstünlük verilir və kitabçada səhv suallar var”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, sual kitabçalarının iştirakçılara verilməməsi də onları qane etməyən məqamlardandır. Çünki kitabçalar verilmədiyindən suallardakı səhvi sübut etmək çətin prosesə çevrilir.

Dövlət İmtahan Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, imtahan sualları elmi-metodiki araşdırmalar əsasında hazırlanır. Sual kitabçalarının imtahan iştirakçılarına verilməsi dünya təcrübəsində yoxdur. Bundan əlavə, bu il qeyd olunan sual növbəti imtahan kitabçalarında da yer ala bilər. Bu səbəbdən də kitabçaların iştirakçılara verilməsi məqsədəuyğun hesab olunmur.

Xəbər lenti