Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə diaqnostik qiymətləndirməyə cəlb olunacaq məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin İKT savadlılığının artırılması məqsədilə təlimlər başlayıb.
Tehsil.biz-in məlumatına görə, təlimlərə bütün məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri cəlb edilib.
Təlim zamanı müdavimlərə ilkin İKT bilikləri və onlardan gündəlik həyatda effektiv istifadə bacarıqları öyrədilir.
Ümumilikdə, təlimlər Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi bütün rayonlarda təşkil olunub.