Logo

Direktor müavinləri üçün təlimlər təşkil edilib

07.07.2024 13:42 412 baxış
IMG

Tehsil.biz xəbər verir ki, Qubada “Yay ərzində öyrənək və inkişaf edək!” adlı təlimlər keçirilib.

Tədbir Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinləri üçün təşkil edilib. Təlimin əsas prioritet istiqamətləri metodiki xidmətin təşkilinə dair mövcud olan bilikləri təkmilləşdirmək, məktəbdaxili qiymətləndirmələrin, dərsdənkənar məşğələ və dərnəklərin, dərs dinləmələrin, məktəb sənədləşmələrinin, fərdi və evdə təhsilin təşkilində yeni bilik və bacarıqları formalaşdırmaqdır.

Növbəti həftə təlimin Qusar rayonunda təşkili planlaşdırılır.

Xəbər lenti