Logo

Qarabağ Universitetinin tələbələrinə də “Smart tələbə kartı” verilə bilər

08.07.2024 11:21 446 baxış
IMG

Gələcəkdə Qarabağ Universitetində təhsil alacaq tələbələr də “Smart tələbə kartı”na sahib ola bilərlər.

Bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib.

Onun fikrincə, bu, işğaldan azad edilmiş ərazilərdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi üçün müasir həll yollarından biri ola bilər.

T.Rüstəmovun sözlərinə görə, təqaüdlərini “Smart tələbə kartı” ilə alacaq tələbələr əlavə üstünlüklər qazanacaqlar: “Məsələn, onlar Bakı və Xankəndi şəhərləri arasında ictimai nəqliyyatda rəqəmsal ödənişlərdə endirim əldə edəcəklər. Həftəsonları isə tələbələr Şuşa şəhərində olan Mehmandarovun ev muzeyinə və digər muzeylərə, mədəniyyət ocaqlarına bu tələbə kartı ilə endirimli daxil ola biləcəklər. Bundan başqa, onlar ölkəmizdə ilk dəfə olaraq Xankəndi şəhərində açılacaq və ancaq nağdsız ödənişləri qəbul edən təsərüfat subyektlərində həmin kartla ödəniş edəcəklər. Şəhərdə ictimai iaşə obyektlərində (kinoteatr, kafe, restoran və s.) isə həmin kartla biometrik ödəniş edib xidmətlərdən istifadə etmək mümkün olacaq. Qarabağ Universitetinin tələbələri Xankəndi şəhərində Pənahxan adlı kitab mağazasında biometrik ödəniş edərək həftəsonu mütaliə etməyə kitab alacaqlar”.

“Digər təhsil ocaqlarının son 50 ildə rəqəmsal ödənişlər sahəsində getdiyi yol çox qısadır. Əzmkarlıqla bir nöqtədən mütləq başlamaq lazımdır, əks halda yeni innovatorlar olan cəmiyyətin yetişdirilməsi sadəcə bir yuxu olacaq”, – deyə o qeyd edib.

Xəbər lenti