Logo

İyulun 16-dan məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatına başlanılır

10.07.2024 10:26 307 baxış
IMG

İyulun 16-da məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatına başlanacaq.

Bu haqda məlumat "Tehsil.biz" ə ETN-dən bildirilib. 

Uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən baş tutacaq.

Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.
 

Qeyd edək ki, 16 may 2024-cü il tarixindən etibarən elektron sistem üzrə növbələrin yaradılması müvəqqəti olaraq məhdudlaşdırılıb. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Xəbər lenti