Logo

MİQ imtahanı təxirə salındı

10.07.2024 14:10 620 baxış
IMG

Ötən gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin tarix, coğrafiya və alman dili fənləri üzrə test imtahanı mərhələsi keçirilib.

“Tehsil.biz” Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, Gəncə şəhər 18 nömrəli orta məktəbdə yerləşən imtahan mərkəzində şəbəkəni təmin edən optik kabelin sıradan çıxması imtahan prosesinin dayandırılmasına səbəb olub. Problem qısa müddətdə aradan qaldırıla bilmədiyi üçün test imtahanı növbəti tarixə dəyişdirilib.

İnsan Resursları Mərkəzi bəyan edib ki, sözügedən imtahan mərkəzində olan namizədlərin şəxsi səhifələrinə növbəti test imtahanı ilə bağlı müvafiq məlumat göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahan tarixi və məkanla tanış ola bilərlər.

Xəbər lenti