Vahid tələbə kartının yaradılması qonşu Türkiyə və Rusiyadakı təcrübəyə əsaslanır. Xaricdə tələbə kartı tələbələrə ictimai nəqliyyat, muzeylərdə güzəştlər təqdim edir.
Tehsil.biz xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov iyulun 12-də fondun 3 illik fəaliyyətinə dair hesabat tədbirində söyləyib.
İdarə Heyətinin sədri bildirib ki, fond tərəfindən yaradılan bu kart tələbələrə güzəştlər təqdim edəcək: “Yerüstü nəqliyyat, yeraltı nəqliyyat qurumları ilə tələbələrə güzəşt edilməsi üçün danışıqlara başlayacağıq. Lakin hələ ki, bununla bağlı konkret danışmaq üçün tezdir”.