Logo

BDU-nun 27 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin finalına vəsiqə qazanıb

12.07.2024 23:13 326 baxış
IMG

Dördüncü “Yüksəliş” müsabiqəsinin finalına vəsiqə qazanan iştirakçılardan 27-si Bakı Dövlət Universitetinin (BDU) məzunudur. Onlardan 18 nəfəri bakalavriat, 9 nəfəri isə magistratura səviyyəsini bitirib.

Bu barədə Tehsil.biz-ə BDU-dan məlumat verilib.

Ümumilikdə yarımfinal mərhələsində iştirak edən 315 namizəddən 118-i finala vəsiqə qazanıb. Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi iyulun 19-21-də keçiriləcək.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

Müsabiqə qaliblərini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

Xəbər lenti