Logo

UNEC-in Monpelye Universiteti ilə ikili diplom proqramından 9 tələbə məzun olub

12.07.2024 23:22 297 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov UNEC ilə Fransanın Monpelye Universitetinin ikili diplom proqramını uğurla bitirmiş 9 məzunla görüşüb.

Bu barədə Tehsil.biz-ə universitetdən məlumat verilib.

Məzunları təbrik edən professor Ədalət Muradov universitetin beynəlxalq reytinqlərdə nüfuzunun daha da artırılması, Avropa və Amerikanın mütərəqqi təhsil mühitinin UNEC-ə inteqrasiyası ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, xarici universitetlərlə ikili diplom və mübadilə proqramlarında iştirak etmiş UNEC tələbələrinin qazandıqları təcrübəni müəllim və tələbələrlə bölüşməsi inteqrasiya istiqamətində faydalı olacaq.

Professor Ədalət Muradov məzunların UNEC-də və Monpelye Universitetində qazandıqları bilik və bacarıqların onların əmək bazarında çevikliyini artıracağına əminliyini ifadə edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor onlara hər zaman UNEC-in fəaliyyətində yaxından iştirak etməyi tövsiyə edib.

Məzunlar UNEC-də onlar üçün yaradılmış imkanı yüksək dəyərləndirərək, Monpelye Universitetindəki təhsil və tədris prosesi barədə təəssüratlarını bölüşüblər. Fənlərin tədrisi, beynəlxalq təcrübənin tətbiqi ilə bağlı təkliflərlə çıxış ediblər.

Sonda məzunlara Monpelye Universitetinin diplomları təqdim olunub.

Qeyd edək ki, UNEC ilə Monpelye Universiteti arasında 2016-cı ildən reallaşdırılan ikili diplom proqramından indiyədək 92 tələbə məzun olub.

Xəbər lenti